Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bakı. 12 noyabr. REPORT.AZ/ Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Xarici siyasət
12 Noyabr , 2018 18:51
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 12 noyabr. REPORT.AZ/ Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi