Şimali Makedoniya Prezidenti: "Azərbaycanla ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik"

Şimali Makedoniya Prezidenti: "Azərbaycanla ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik" "Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respub
Xarici siyasət
20 iyun 2023 12:37
Şimali Makedoniya Prezidenti: Azərbaycanla ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik

"Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik".

"Report"un xəbərinə görə, bu fikirlər Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda əksini tapıb.

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edim", - məktubda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi