Yuxarı

Səudiyyə Ərəbistanı, İsveç və Niderlandın kralları Prezident İlham Əliyevə təbrik məktubu göndərib

“Qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”

Bakı. 21 may. REPORT.AZ/ İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə 28 may – Respublika Günü münasibətilə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

İsveçin Kralı XVI Karl Qustaf da Azərbaycan Prezidentini təbrik edib. Təbrik mətnində deyilir:

Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.

Niderlandın Kralı Villem-Aleksandrın isə məktubunda deyilir:

“Cənab Prezident,

Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, Sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi