Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə uyğun olaraq, Səudiyyə Ərəbistanı Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyir.
Xarici siyasət
174
15 Aprel , 2020 18:57
Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə uyğun olaraq, Səudiyyə Ərəbistanı Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyir.

“Report” Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qondarma “seçkilər”in ikinci turu ilə bağlı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən daxil olmuş notada bildirilir.

Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.

Son xəbərlər

Orphus sistemi