Yuxarı

Səud Əbdüləziz əl-Rumi: "Küveyt Xocalı soyqırımını pisləyir"

Bakıda Küveyt dövlətinin milli  bayramı qeyd olunub

Bakı. 24 fevral. REPORT.AZ/Bakı. 24 fevral. REPORT.AZ/ Küveyt dövlətinin milli bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən Bakıda rəsmi qəbul təşkil olunub.

"Report"un məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət və hökumət nümayəndələri iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi qeyd edib ki, son illər Küveyt və Azərbaycan arasında əlaqələrin sürətli inkişaf müşahidə olunur. Onun sözlərinə görə ikitərəfli münasibətlərin inkişafı sahəsində ən mühüm nailiyyətlərdən biri Azərbaycan - Küveyt hökumətlərarası birgə iqtisadi komissiyanın iki iclaslarının keçirilməsi olub.

Səfir çıxışda Azərbaycan tərəfinin Küveyt vətəndaşları üçün vizaların sadələşdirilməsini alqışlayıb və Azərbaycan hökumətinə təşəkkürlərini bildirib.

Səud Əbdüləziz əl-Rumi, həmçinin, Küveyt dövlətinin Xocalı soyqırımını pislədiyini də bildirib.

Daha sonra çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Küveyt dövlətini Azərbaycan hökuməti tərəfindən milli bayram münasibətilə təbrik edib. Onun sözlərinə görə, ölkələr arasında münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir. Nazir həmçinin vurğulayıb ki, hər iki ölkə təhsilə böyük sərmayələr yatırır və bunun millətlərinin gələcəyi naminə ən səmərəli yatırım olduğuna inanır.

Sonda qonaqlar Küveyt mədəniyyətinin və mətbəxinin nümunələri ilə tanış olublar

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi