Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı

Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı Şanxay Əməkdaşlıq Təşkilatından (ŞƏT) müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keçirilməsi ilə bağlı monitorinq fəaliyyətinə başlayıb.
Xarici siyasət
4 Fevral , 2020 11:49
Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı

Şanxay Əməkdaşlıq Təşkilatından (ŞƏT) müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keçirilməsi ilə bağlı monitorinq fəaliyyətinə başlayıb.

“Report” xəbər verir ki, missiyaya ŞƏT-nin baş katibinin müavini Şerali Conon rəhbərlik edir.

Missiyanın tərkibinə ŞƏT üzvü olan dövlətlərin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, habelə ŞƏT Katibliyinin rəsmiləri daxildir.

Missiya üzvləri müşahidəni Bakıda və Abşeron yarımadasının yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin onlara bitişik ərazilərdə aparacaqlar.

Missiyanın işi seçki məntəqələrinin hazırlığını öyrənmək, səsvermə prosesini müşahidə eləmək, seçkiqabağı kampaniyanın təşkili, səslərin sayılması, habelə səs vermiş seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə səsvermə ilə bağlı sorğular keçirməkdən ibarət olacaq. Missiya işini fevralın 10-da başa vuracaq.

Son xəbərlər

Orphus sistemi