Belçikanın paytaxtı Brüssel şəhərində "Şərq Tərəfdaşlığı" üzrə yüksək səviyyəli konfrans keçiriləcək.
Bu barədə "Report"a eksklüziv müsahibəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu bildirib.
O qeyd edib ki, "Şərq Tərəfdaşlığı" proqramına qoşulan bütün ölkələrin dəvət olunduğu görüş mayın 14-də baş tutacaq.
"Bu, "Şərq Tərəfdaşlığı" proqramının 10 il ərzində mövcudluğunu qeyd etmək və yekunlar vurmaq üçün əla fürsət olacaq.
"Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə Aİ tərəfindən yaradılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.
Xatırladaq ki, bu ilin ilk yarısında Rumıniya Avropa İttifaqı Şurasına sədrlik edir.