Yuxarı
    Bağlamaq

    "Şərq tərəfdaşlığı" sammitinin sənəd layihəsi sentyabrda hazır olacaq - VİDEO

    Bu gün regionda dörd münaqişə var və hamısı da eyni ssenari üzrə gedir

    İstanbul. 30 iyun. REPORT.AZ/ “Noyabr ayında Brusseldə keçiriləcək Şərq Tərəftaşlıq Sammitində Azərbaycanın hansı məsələlərə toxunması artıq müzakirə olunur”.

    Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    O, iyun ayında belə görüşün Lüksemburqda olduğunu xatırladaraq bildirib ki, orada geniş şəkildə həm Avropa İttifaqının, həm də Şərq Tərəfdaşlığının üzvləri qarşısında narahatedici məqamlar səsləndirilib və artıq bu işlərlə bağlı hazırlıq gedir: “Onlar söz veriblər ki, sentyabr ayında Sammitin sənədi hazırlanacaq və həm üzv ölkələr tərəfindən, həm də Şərq Tərəftaşlıq ölkələri tərəfindən baxılacaq”.

    Nazir müavininin sözlərinə görə, sonuncu görüşdə, yəni Riqada belə bir vəziyyət yarandı ki, münaqişə şəraitində olan üç ölkə dəstəkləndi, Azərbaycan isə yenə də kənarda qalmış oldu: “Sonda praktiki olaraq o sənədin qəbul edilməsi üçün vəziyyət yarandı. Azərbaycan buna qoşulmurdu. Sonradan belə bir çıxış yolu tapdılar ki, mövqeyimiz bir sənədlə, bəyanatımızla əlavə olunsun. Hesab edirəm ki, bu gün həmin məsələ bir daha təkrar olunmaz”.

    M.Məmmədquliyev əlavə edib ki, bu gün regionda dörd münaqişə var və hamısı da eyni ssenari üzrə gedir: “Mövqeyimiz o olacaq ki, Azərbaycana da Moldova, Gürcüstan və Ukraynaya qarşı olan münasibət sərgilənsin. Onların bizim əvəzimizə danışıqlar aparmalarını istəmirik. Çünki bunun üçün ATƏT-in Minsk qrupu var və onlar bu işi görməlidir”.

    “Avropa İttifaqı bu məsələdə öz mövqeyini bildirməlidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlər və bu kimi prinsiplər əsasında həll olunmalıdır. Bu günə kimi bu addım atılmayıb. Sammitdə başqa məsələlərdə də müzakirə olunacaq. Bizim enerji sahəsində yaxşı əməkdaşlığımız var və hesab edirəm ki, bu da o sammitin sənədində öz əksini tapmalıdır. Bundan başqa, nəqliyyat sahəsində, viza məsələlərində də çox böyük işlər görülməlidir. Əlbəttə enerji məsələsində onların çox böyük marağı var. Ancaq nəqliyyat da da gündəmdə olmalıdır. İyul ayında Bakıda viza məsələləri üzrə komitənin iclası olacaq. Əgər o iclas müsbət nəticə versə, bu iki layihə həyata keçirililə bilər. O zaman ola bilsin ki, bu məsələ də orada qaldırılsın və sənədə də daxil olsun və Azərbaycanla bu mövzuda dialoqlar başlasın. Bunun kimi bir çox məsələlər gündəmimizdə olacaq, biz onlar ətrafında müzakirələr aparıb ictimayyətə də məlumatlar verəcəyik”, - deyə nazir müavini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi