Yuxarı
    Bağlamaq

    Şərq tərəfdaşlığı proqramı Brüsseldə Avropa İttifaqı Nazirlər Şurasının iclasında müzakirə olunacaq

    İclas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sədrliyi ilə keçiriləcək

    Bakı. 14 dekabr. REPORT.AZ/ Avropa İttifaqının Nazirlər Şurası Brüsseldə quruma daxil olan 28 ölkənin xarici işlər nazirləri səviyyəsində iclasa başlayıb. "Report" xəbər verir ki, İclas Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin sədrliyi ilə keçiriləcək.

    Görüş zamanı Aİ ölkələrinin xarici işlər nazirləri Şərq Tərəfdaşlığı ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) ilə əməkdaşlıq məsələlərini, terrorizmə qarşı mübarizə tədbirlərini, İraq və Liviyadakı vəziyyəti müzakirə edəcək.

    Eyni zamanda rəsmi nahar zamanı nazirlər Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə regional çağırışları müzakirə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi