Aİ komissarı: “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq”

Aİ komissarı: “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq” “Yaxın illərdə “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq”.
Xarici siyasət
24 İyun , 2020 12:10
Aİ komissarı: “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq”

“Yaxın illərdə “Şərq Tərəfdaşlığı” ölkələrində təhsilin təşviqi əsas prioritet olacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli Tbilisidəki Avropa Məktəbinin məzunları ilə onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, gənclərə investisiya hər zaman ən yaxşı yatırımdır: “Bugünkü məzunların uğuru göstərir ki, qlobal pandemiyaya baxmayaraq, hər bir tələbənin səyləri bizim gələcəkdə ümid edəcəyimiz dəyər yarada bilər”.

Qeyd edək ki, 2018-ci ilin sentyabrından fəaliyyət göstərən Avropa Məktəbini bu il “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrdən olan 30 tələbə bitirib. Onlar beynəlxalq bakalavriat diplomu alıblar. Bu ilin sentyabrında 40-a yaxın yeni tələbənin təhsil müəssisəsinə qəbul olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi