Şərq Tərəfdaşlığı Gənclər Sammiti onlayn formatda keçiriləcək

Şərq Tərəfdaşlığı Gənclər Sammiti onlayn formatda keçiriləcək İyulun 2-3-də ilk dəfə videokonfrans formatında “Şərq Tərəfdaşlığı” təşəbbüsünün Gənclərin İştirakçılığına dair Sammiti keçiriləcək.
Xarici siyasət
1 İyul , 2020 17:58
Şərq Tərəfdaşlığı Gənclər Sammiti onlayn formatda keçiriləcək

İyulun 2-3-də ilk dəfə videokonfrans formatında “Şərq Tərəfdaşlığı” təşəbbüsünün Gənclərin İştirakçılığına dair Sammiti keçiriləcək.

“Report” xəbər verir k, tədbir zamanı Şərq Tərəfdaşlığı regionundan olan 400-dən artıq fəal gənc lider və gənclər sahəsində çalışan şəxslər bir araya gələrək Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin siyasətçiləri ilə gənclər sahəsində qazanılan uğurlar və problemlər barədə fikir mübadiləsi aparacaqlar.

“Regiondan olan gənclərin hüquq və imkanlarının artırılması Aİ üçün prioritetdir və gələcəkdə də prioritet olaraq qalacaq. Belə ki, gənclərə yatırılan sərmayələr ən yaxşı sərmayələr hesab olunur. Biz gənclər üçün yeni imkanlar açacağıq və gənclərin əmək bazarının tələb etdiyi bacarıqlara yiyələnməsini təmin etmək üçün hökumətlərlə birlikdə işləyəcəyik. Bu, gənclərin qlobal miqyasda rəqabətqabiliyyətli olmasına imkan yaradacaq və onlara regionda yüksəkkeyfiyyətli iş tapmalarına imkan yaradacaq”, - Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi qarşıdan gələn tədbiri şərh edib.

Koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər səbəbindən ilk dəfə onlayn formatda keçiriləcək sammitə qeydiyyatdan keçmiş iştirakçılar qatıla biləcək. Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi sammit iştirakçılarına müraciət edəcək.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan iştirakçılara gənclərin işi və gənclər siyasətində təcrübələrini bölüşmək və “Şərq Tərəfdaşlığı”nın gələcəyinə dair fikirlərini müzakirə etmək təklif edilib. Müzakirələrin nəticələri hesabata daxil ediləcək və iştirak edən tərəflərin diqqətinə çatdırılacaq.

İki gün davam edəcək proqramda panel müzakirələri, təqdimatlar, vebinar və paralel qrup müzakirələri olacaq. Müzakirələrin nəticələri “Şərq Tərəfdaşlığı” ölkələrində gənclər üçün yeni imkanlar yaratmaq üçün istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi