Sergey Ryabkov: "Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü üçün iş aparılır"

Sergey Ryabkov: "Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü üçün iş aparılır" “Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi məsələsi üzərində işlər aparılır”.
Xarici siyasət
9 Fevral , 2023 14:04
Sergey Ryabkov: Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü üçün iş aparılır

“Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi məsələsi üzərində işlər aparılır”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya seqodnya” mediaqrupunun Diplomatik işçilər gününə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş məsələsi üzərində iş gedir: ”Mövcud razılaşmalar çərçivəsində sabitləşməyə doğru gələcək hərəkət üçün platformaları, format təmin etmək baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”.

Xatırladaq edək ki, üçtərəfli görüşdən 2022-ci il dekabrın 22-də rəsmi İrəvan imtina edib. Ona görə də Azərbaycan və Rusiya XİN başçıları Ceyhun Bayramovla Sergey Lavrov görüşmüşdü.

Son xəbərlər

Orphus sistemi