Sergey Neverov: "Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bir çox istiqamətdə sürətlə inkişaf edir"

Sergey Neverov: "Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bir çox istiqamətdə sürətlə inkişaf edir"
Xarici siyasət
25 Oktyabr , 2018 16:17
Sergey Neverov: Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bir çox istiqamətdə sürətlə inkişaf edir
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bir çox istiqamətdə sürətlə inkişaf edir".

Bunu “Report”a açıqlamasında Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov deyib.

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər siyasətdən tutmuş mədəni əlaqələrədək bir çox istiqamətdə dinamik inkişaf edir. Bunlar aramızda olan ümumi cəhətlərin təzahürüdür. İki dövlət arasında olan tərəfdaşlıq əlaqələrinin ölkələrimiz üçün faydalı olmasına çalışmalıyıq”, - S.Neverov qeyd edib.

Rusiyalı spiker müavini bu məsələdə şəxsiyyət amilinin mühüm əhəmiyyətini vurğulayıb: “Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev dünyada çox nüfuzlu şəxsiyyətlərdir. Odur ki, birgə səylərimiz dünyada sabitliyin əldə olunması üçün zəruri qərarların verilməsilə nəticələnir”.