Yuxarı

Sergey Lebedev: "MDB iqtisadi vəziyyəti nəzərə alaraq öz xərclərini azaldır"

Bütün MDB ölkələri Birliyin qorunmasına tərəf çıxıb

Bakı. 8 aprel. REPORT.AZ/ "MDB-nin üzvü olan bütün ölkələr Birliyin qorunmasına tərəf çıxıb". "Report" xəbər verir ki, bu barədə İcraiyyə Komitəsinin sədri, MDB-nin icra katibi Sergey Lebedev mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında MDB-nin 9 XİN başçısı iştirak edib: "Moldovadan xarici işlər naziri, Ukraynadan müvəqqəti işlər vəkili qatılıb".

S.Lebedev həmçinin əlavə edib ki, Birlik hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq, əksər xərclərinin azaldılması haqqında qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi