Sergey Lavrov: "Şərq Tərəfdaşlığı ölkələrini Qərblə Rusiya arasında yalançı seçim qarşısında qoymaq lazım deyil"

Sergey Lavrov: "Şərq Tərəfdaşlığı ölkələrini Qərblə Rusiya arasında yalançı seçim qarşısında qoymaq lazım deyil" "Aİ Bakı və Yerevanın hüquqularını tapdalayarq onların qarşısında belə seçim şərti qoymamalıdır"
Xarici siyasət
9 Aprel , 2018 11:15
Sergey Lavrov: Şərq Tərəfdaşlığı ölkələrini Qərblə Rusiya arasında yalançı seçim qarşısında qoymaq lazım deyil
Rusiya xarici işlər naziri Sergey Lavrov / Report/ Elshan Baba

Bakı. 9 aprel. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) Bakı və Yerevan qarşısında "ya Qərb, ya Rusiya ilə" seçimi qoyaraq onların hüquqularını tapdalamamalı və maraqlarına ziyan vurmamalıdır."

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan KİV-nə verdiyi və Rusiya XİN-nin saytında dərc olunan müsahibəsində bildirib.

"Əlbəttə, nə Ermənistan, nə Azərbaycan, nə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının digər üzvlərinın hüquqlarının tapdalanmaması, onların maraqlarına ziyan vurulmaması üçün Aİ-nin 2014-cü ildə Ukrayna hadisələrinə də səbəb olan "ya bu, ya da o biri" məntiqindən imtina etməsi çox vacibdir", - S.Lavrov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan bütün qonşuları ilə tam müstəqil əməkdaşlıq etməlidir.

"Postsovet məkanında olan ölkələri "ya Qərb, ya Rusiya ilə" yalançı seçimi qarşısında qoymaq olmaz. Bu, tamamilə ideoloji, siyasiləşdirilmiş yanaşmadır", - rusiyalı nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi