Sergey Lavrov: "Rusiya heç vaxt Azərbaycan hökumətindən Georgi Zuyev üçün aqreman istəməyib"

Sergey Lavrov: "Rusiya heç vaxt Azərbaycan hökumətindən Georgi Zuyev üçün aqreman istəməyib" Rusiya XİN başçısı: "Siz deyən şayiələri mən də internetdə görmüşəm"
Xarici siyasət
111
8 Dekabr , 2017 15:10
Sergey Lavrov: Rusiya heç vaxt Azərbaycan hökumətindən Georgi Zuyev üçün aqreman istəməyib
Rusiya xarici işlər naziri Sergey Lavrov / Report/ Elshan Baba

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya Azərbaycan hökumətindən Georgi Zuyev üçün aqreman istəməyib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada təşkil edilən mətbuat konfransında bildirib.

"İndiki səfir Doroxin missiyasını başa vurandan sonra Azərbaycandakı yeni səfirimizin kim olacağı məsələsi ilə bağlı onu deyə bilərəm ki, siz deyən şayiələri mən də internetdə görmüşəm. Amma biz heç vaxt Azərbaycan hökumətindən Georgi Zuyev üçün aqreman istəməmişik", - S.Lavrov bildirib.

Xatırladaq ki, noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. V.Doroxin bu vəzifədə 2009-cu ildən bəri çalışıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin Georgi Zuyevin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəklədiyi barədə informasiya yayılıb. Ardından bəzi KİV Azərbaycan tərəfinin G.Zuyevin təyinatına aqreman vermədiyini yazıb.

Son xəbərlər

Orphus sistemi