Sergey Lavrov: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Cənubi Qafqaz regionunu zənginləşdirir"

Sergey Lavrov: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Cənubi Qafqaz regionunu zənginləşdirir" Rusiya XİN başçısı: "Bəziləri bu layihəyə siyasi nöqteyi-nəzərdən yanaşır, amma bizim yanaşmamız belə deyil"
Xarici siyasət
20 Noyabr , 2017 12:13
Sergey Lavrov: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Cənubi Qafqaz regionunu zənginləşdirir
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Azərbaycan, Gürcüstan və Türkiyəyə əlavə müsbət cəhətlər qazandırır".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "ADA" Universitetində mühazirəsi zamanı deyib.

"Rusiyanın bununla əlaqəsi yoxdur, dəmir yolu xətti bizim ərazimizdən keçmir. Bu layihəyə siyasi nöqteyi-nəzərdən yanaşan analitiklər var, bizim layihədən kənar qaldığımızı bildirirlər. Amma bizim yanaşmamız belə deyil", - S.Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan və İranla üçtərəfli dialoq qurub. Nazir xatırladıb ki, hər üç ölkə "Şimal-Cənub" infrastruktur layihəsində iştirak edir.

Rusiya XİN başçısı belə infrastruktur layihələrinin yalnız regionu zənginləşdirdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi