Bakı. 2 dekabr. REPORT.AZ/ "Rusiya qonşu və dostlarının Qərbdə, Şərqdə, Şimalda və Cənubda öz tərəfdaşları ilə yaxşı əlaqələr qurmaq istədiklərinə heç vaxt şübhə etməyib".
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Belarusun STV telekanalına müsahibəsində deyib.
"Rusiyanın Avropa İttifaqı ilə təəssüf ki, bizim günahımıza görə dondurulmayan tərəfdaşlıq sazişi var. Aİ-yə daxil olan bəzi ölkələrin "Şərq tərəfdaşlığı"ndan anti-Rusiya məqsədləri üçün istifadə etmək istədiyini görürük. Onlar çox deyillər, lakin özlərini kifayət qədər aqressiv aparırlar".
Rusiyalı nazir "Şərq tərəfdaşlığı"nda iştirak edən Azərbaycanla bağlı da fikir bildirib:
"Belarus, Ermənistan və Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur. Əlbəttə ki, ukraynalı, moldovalı və gürcüstanlı həmkarlarımızın necə davrandığını görürük".
"MDB-yə üzv olan ölkələrlə hər hansı bir təmasda Rusiyaya qarşı mübarizə aparmaq səmərəsiz və faydasızdır", - deyə Lavrov əlavə edib.
Nazir əminliklə bildirib ki, "Şərq tərəfdaşlığı"nın Rusiyaya qarşı yönləndirilməsi mümkün olmayacaq.