Serbiyanın opera ifaçısı Xocalı soyqırımının qurbanları xatirəsinə "Elegiya" oxuyub - VİDEO

Serbiyanın opera ifaçısı Xocalı soyqırımının qurbanları xatirəsinə "Elegiya" oxuyub - VİDEO Videoda Xocalı soyqırımını törədənlər, bu faciə zamanı həlak olanlar barədə məlumat verilir
Xarici siyasət
25 Fevral , 2016 10:44
Serbiyanın opera ifaçısı Xocalı soyqırımının qurbanları xatirəsinə Elegiya oxuyub - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımı ilə bağlı video hazırlayıb.

Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, videoçarxda serbiyalı opera ifaçısı Nataşa Yoviç və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad Universitetinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə “Elegiya” əsərini ifa ediblər.

Videoda Xocalı soyqırımını törədənlər, bu faciə zamanı həlak olanlar barədə məlumat verilir.

Son xəbərlər

Orphus sistemi