​Serbiyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

​Serbiyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib Aleksandr Vuçiçi baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
13 Aprel , 2015 19:21
​Serbiyanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 13 aprel. REPORT.AZ/ Serbiyanın baş naziri Aleksandr Vuçiç aprelin 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiyanın baş naziri Aleksandr Vuçiçi hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.