Bakı. 8 dekabr. REPORT.AZ/ "Biz ATƏT məkanında həll olunmamış münaqişələr və yeni təhdidlərlə qarşı-qarşıyayıq".
"Report" xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
O, Serbiyanın ATƏT-ə əvvəlki sədrliyinin məhz bu məsələləri həll etməyə yönəldiyini söyləyib.
XİN başçısı bu münaqişələrin həllinə nail olmaq üçün hələ çox vaxta ehtiyac duyulduğunu da vurğulayıb.