Serbiya prezidenti Azərbaycana səfərə gələcək

Serbiya prezidenti Azərbaycana səfərə gələcək Aleksandr Vuçiçin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirakı gözlənilir
Xarici siyasət
18 May , 2018 10:08
Serbiya prezidenti Azərbaycana səfərə gələcək
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycana səfərə gələcək.

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Səfər zamanı A.Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi nəzərdə tutulur.

Bakıda iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Serbiya prezidentinin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.

Səfər mayın 22-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi