Yuxarı

​Serbiya prezidenti Azərbaycan səfirini təltif edib

Eldar Həsənov “Serbiya Bayrağı” ordeni ilə mükafatlandırılıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov yüksək dövlət mükafatı - “Serbiya Bayrağı” ordeni ilə təltif olunub.

“Report” xəbər verir ki, Serbiya prezidenti Tomislav Nikoliçin 2015-ci il 10 oktyabr tarixində bu barədə müvafiq sərəncam imzalayıb.

O, iki ölkə arasında sülhsevər əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi