Serbiya baş nazirinin müavini Azərbaycana rəsmi səfər edəcək

Serbiya baş nazirinin müavini Azərbaycana rəsmi səfər edəcək Azərbaycanla Serbiya arasında mövcud əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq
Xarici siyasət
9 Sentyabr , 2014 12:04
Serbiya baş nazirinin müavini Azərbaycana rəsmi səfər edəcək
Bakı. 9 sentyabr. REPORT. AZ/ Serbiya baş nazirinin müavini, bu ölkənin xarici işlər naziri İvista Daçiç Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. 9-10 sentyabr tarixlərində gerçəkləşəcək səfər çərçivəsində İvista Daçiçin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə  tutulub. Görüşdə Azərbaycanla Serbiya arasında mövcud əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi