Senatın sədr müavini: "Pakistan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir"

Senatın sədr müavini: "Pakistan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir" Səfir Daşqın Şikarov: "Azərbaycan və Pakistan arasındakı münasibətlər başqalarına nümunədir"
Xarici siyasət
28 Yanvar , 2015 12:50
Senatın sədr müavini: Pakistan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir

Bakı. 28 yanvar. REPORT.AZ/ "Pakistan Azərbaycanla ikitərəfli münasibətləri yüksək qiymətləndirir və bu dost münasibətlərini iqtisadi və parlamentlərarası əməkdaşlıq vasitəsilə möhkəmləndirmək niyyətindədir".

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Pakistan İslam Respublikası Senatının Sədr vəzifəsini icra edən Sabir Əli Bəluc Azərbaycan Respublikasının Pakistandakı səfiri Daşqın Şikarovla görüşü zaman bildirib. 

Görüşdə həmçinin senatorlar Seyfulla Maqsi və Məlik Məhəmməd Rafiq Racvana iştirak ediblər. 

S.Ə.Bəluc qeyd edib ki, Azərbaycan və Pakistanın sıx mədəni və tarixi əlaqələri var. O, xatırladıb ki, iki ölkə bir-birini beynəlxalq təşkilatlar çərçivəsində ən çətin anlarda daim dəstəkləyir. 

Səfir D.Şikarov həmçinin vurğulayıb ki, Azərbaycan və Pakistan arasındakı münasibətlər başqaları üçün bir nümunədir. O müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Diplomat iki ölkə arasında dostluq və əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi