Senat sədri: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcək"

Senat sədri: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcək" Mian Rza Rabbani Azərbaycana səfərə dəvət olunub
Xarici siyasət
13 May , 2015 12:18
Senat sədri: Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcək

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Pakistan Senatının sədri Mian Rza Rabbani ilə görüşüb. Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı D.Şikarov M.R.Rabbanini Pakistan Senatının sədri seçilməsi münasibəti ilə təbrik edib, ona vəzifəsində uğurlar arzulayıb. 

D.Şikarov Milli Məclisinin sədri Oqtay Əsədovun adından M.R.Rabbanini Azərbaycana səfər etməyə dəvət edib. Senatın sədri böyük məmnuniyyətlə təklifi qəbul edərək, eyni zamanda həmkarını Pakistana səfər etməyə dəvət edib.

Görüş zamanı, Azərbaycan-Pakistan münasibətləri haqqında danışılıb, Pakistanın Dağlıq Qarabağ münaqişəsində verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Ermənistanı dövlət kimi tanımadığına görə minnətdarlığını bildirib. 

Pakistan Senatının sədri iki xalq arasındakı münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etməsindən məmnun olduğunu bildirərək, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi