Səməd Seyidov Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir

Səməd Seyidov Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir İclasın gündəliyinə Türkiyə, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı məsələlər daxil edilib
Xarici siyasət
14 Dekabr , 2016 14:12
Səməd Seyidov Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir

Bakı. 14 dekabr. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclasında iştirak edir.

"Report" xəbər verir ki, bugünkü iclasın gündəliyinə Gürcüstanda parlament seçkilərinin ikinci turu (30 oktyabr), Moldovada prezident seçkiləri (30 oktyabr və 13 noyabr), Ukraynadakı vəziyyət və Türkiyə ilə post-monitorinq dialoqu üzrə müzakirələr daxildir.

Komitənin növbəti iclası AŞPA-nın plenar sessiyası çərçivəsində gələn il yanvarın 23-27-də Strasburqda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi