Səməd Seyidov: "Azərbaycanı rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır"

Səməd Seyidov: "Azərbaycanı rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır" Strasburq. 26 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan demokratiya yolu ilə gedir və Avropa dəyərlərinə həmişə üstünlük verib.
Xarici siyasət
26 Aprel , 2018 13:41
Səməd Seyidov: Azərbaycanı rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır

Strasburq. 26 aprel. REPORT.AZ/ "Bu gün Azərbaycan demokratiya yolu ilə gedir və Avropa dəyərlərinə həmişə üstünlük verib". 

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tərkibində korrupsiya iddialarını təhqiq edən müstəqil araşdırma qrupunun hazırladığı hesabatın müzakirəsi zamanı bildirib. 

O, azərbaycanlı olduğu üçün fəxr etdiyini deyib: "Bu hesabatda mənim adım da çəkilib və rüşvətxorluqda günahlandırılıram. Mənim ölkəmi rüşvətxorluqda günahlandırmağın özü belə korrupsiyadır. Siz bir ay bundan əvvəl bu zalda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanı qəbul etdiniz, onu alqışladınız. Ancaq bu gün xalq onun ölkənin baş naziri olmasına etiraz etdi, istefaya getməsinə nail oldu". 

Son xəbərlər

Orphus sistemi