Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün Parisə gedəcək

Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün Parisə gedəcək Bakı. 26 fevral. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov assambleyanın komitə iclaslarında iştirak etmək üçün fevralın 27-də Fransanın paytaxtı Paris şəhərinə səfərə gedəcək.
Xarici siyasət
26 Fevral , 2019 13:25
Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak etmək üçün Parisə gedəcək

Bakı. 26 fevral. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov assambleyanın komitə iclaslarında iştirak etmək üçün fevralın 27-də Fransanın paytaxtı Paris şəhərinə səfərə gedəcək.

Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib. 

Hüquqi məsələlər və insan hüquqları Komitəsində “Çirkli pulların yuyulmasına qarşı mübarizə” mövzusunda məruzə dinləniləcək. Avropa Şurasına üzv dövlətlərdə QHT-lərin fəaliyyəti, insan hüquqları ilə bağlı alt komitənin Helsinkidə keçirilmiş iclası, Mərakeş parlamenti ilə demokratik səviyyədə əməkdaşlıq və s. barədə fikir mübadiləsi aparılacaq. Avropada insanların narkotikdən yayındırılması məqsədilə aparılan hüquqi maarifləndirməyə dair ilkin təlim keçiriləcək.

Siyasi işlər və demokratiya Komitəsinin iclasında “AŞPA-nın rolu və missiyası” məsələsi gündəmdə olacaq. “Davamlı inkişaf - 2030” proqramı çərçivəsində BMT ilə əməkdaşlığa nəzər salınacaq. Suriyadakı vəziyyət və onun qonşu dövlətlərə təsiri müzakirə olunacaq. Beynəlxalq terrorizmlə bağlı bu ilin aprelində Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan konfransla bağlı fikir mübadiləsi aparılacaq.

S.Seyidov iclaslarda müzakirəyə çıxarılan bu və digər məsələlərə münasibətdə Azərbaycanın mövqeyini ifadə edəcək. 

Son xəbərlər

Orphus sistemi