Səməd Seyidov: "AŞPA münaqişələrə daha çox diqqət ayırsaydı, onlar baş verməzdi"

Səməd Seyidov: "AŞPA münaqişələrə daha çox diqqət ayırsaydı, onlar baş verməzdi" "Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıq davam edir və bu, bütün region üçün təhlükədir"
Xarici siyasət
20 Aprel , 2015 17:22
Səməd Seyidov: AŞPA münaqişələrə daha çox diqqət ayırsaydı, onlar baş verməzdi

Bakı. 20 aprel. REPORT.AZ/ "AŞPA-da müşahidə və müzakirə etdiyimiz bütün münaqişələrə təşkilat daha çox diqqət ayırsaydı, onlar baş verməzdi". "Report" xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Strasburqda keçirilən yaz sessiyasındakı çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi 20 idən artıq davam edir və bu, bütün region üçün təhlükədir: "Biz bu münaqişəyə daha çox diqqət ayırmalıyıq. Hətta erməni əsgərləri belə bu münaqişədə iştirak etmək istəmirlər".

S.Seyidov çıxışı zamanı martın 23-də qoşunların təmas xəttini keçərək Azərbaycan tərəfinə gələn erməni əsgəri Andronik Qriqoryanın fotosunu təqdim edib. O, bir daha Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına çağırıb. 

Daha sonra çıxış edən deputat Qənirə Paşayeva 20 ildən artıq bir müddətdə öz evlərinə qayıda bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı davam edən vəziyyətə diqqət çəkib. 

Son xəbərlər

Orphus sistemi