Səməd Seyidov: "Antalya Diplomatiya Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir"

Səməd Seyidov: "Antalya Diplomatiya Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir" "Antalya Diplomatiya Forumu miqyasına görə beynəlxalq münasibətləri tənzimləyən foruma çevrilib. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir".
Xarici siyasət
11 Mart , 2022 14:18
Səməd Seyidov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün çox əhəmiyyətlidir
Səməd Seyidov

"Antalya Diplomatiya Forumu miqyasına görə beynəlxalq münasibətləri tənzimləyən foruma çevrilib. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir".

“Report”un Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, Türkiyə və Azərbaycanın əlaqələri, mütəffiqliyi bu forumlarda da özünü göstərir: “Dünən 4 saata yaxın Azərbaycan və Türkiyə Prezidentləri dünyada gedən prosesləri müzakirə edib. Burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Zəngəzur dəhlizi, Ukrayna və Rusiya münasibətləri, ümumiyyətlə Şərq-Qərb münasibətləri, regionda yeni reallıqlar haqqında müzakirələr aparıb. Artıq Azərbaycan-Türkiyə əlaqələri dünyaya təsir imkanına malik ölkələr kimi təqdim olunur. Biz bunu nümayiş etdiririk".

"Təsadüfi deyil ki, bütün dünyadan, eləcə də Azərbaycandan xarici işlər naziri, deputatlar, ictimai xadimləri buradadırlar. Bu baxımdan, Azərbaycan tərəfindən yaradılan yeni reallıqlar çox vacib xüsusiyyətə malikdir. Adətən, hadisələr baş verəndən bir müddətdən sonra onların əks-sədası yavaş-yavaş səngiyir. Azərbaycanın yaratdığı reallıq getdikcə daha böyüyür. Hər gün görürük ki, Azərbaycanın rolu, təsir imkanları nə dərəcədə genişlənir. Azərbaycanın bu gün dünyada gördüyü iş ölkələrin danışdıqları, amma həyata keçirə bilmədikləri işlə bağlıdır. Yəni biz sülh haqqında danışırıq, digərləri isə müharibə", - deyə S.Seyidov əlavə edib.

Son xəbərlər

Orphus sistemi