Yuxarı

​Səlim Müslümov Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Görüşdə iki ölkə arasında sosial müdafiə sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanın əmək və sosial müdafiə naziri Səlim Müslümov ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə, nazir rəhbərlik etdiyi qurumun fəaliyyəti, ölkədə həyata keçirilmiş sosial islahatlar və əhaliyə göstərilən xidmətlərin müasirləşdirilməsinin müxtəlif üsullarından məlumat verib.

Səfir Labardini ölkəsinin müvafiq qurumlarının gördükləri işlərdən danışıb, qeyd olunmuş sahələrdə qarşılıqlı fayda kəsb edə biləcək mümkün təcrübə mübadiləsinə toxunub. Bundan əlavə, diplomat Azərbaycanla bağlı olan təəssüratlarını bölüşüb, Meksika səfirliyinin dövlətlərimiz arasında ikitərəfli münasibətlərin inkişafına yönəlmiş fəaliyyətindən söhbət açıb.

Görüşün sonunda tərəflər əmək və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə etdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi