Səid Xan Mohmand: "Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətini dəyişməyəcək"

Səid Xan Mohmand: "Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətini dəyişməyəcək" "Bütün qonşu ölkələrlə, xüsusilə də İslam dünyası ölkələri ilə yaxşı münasibətlərimizin olmasını istəyirik"
Xarici siyasət
8 Avqust , 2017 12:43
Səid Xan Mohmand: Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətini dəyişməyəcək
Report.az

Bakı. 8 avqust. REPORT.AZ/ "Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətində dəyişikliyə səbəb olmayacaq".

"Report" xəbər verir ki, bunu brifinqdə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, Baş nazir Navaz Şərifin Ali Məhkəmə tərəfindən vəzifəsindən uzaqlaşdırılmasına baxmayaraq, onun rəhbərlik etdiyi partiya hələ də ölkəni idarə edir.

"Ölkənin böhran vəziyyətində olduğunu düşünmürəm. Yürütdüyümüz siyasət ondan ibarətdir ki, bütün qonşu ölkələrlə, xüsusilə də İslam dünyası ölkələri ilə yaxşı münasibətlərimiz olsun", - diplomat bildirib.

Son xəbərlər

Orphus sistemi