Səfirlik: Yaponiya və Azərbaycan arasında münasibətlər davamlı şəkildə inkişaf edir

Səfirlik: Yaponiya və Azərbaycan arasında münasibətlər davamlı şəkildə inkişaf edir Bakıda Dənizkənarı Milli Parkda "qinqko" yapon ağacının əkilməsi mərasimi təşkil edilib
Xarici siyasət
11 Avqust , 2016 15:00
Səfirlik: Yaponiya və Azərbaycan arasında münasibətlər davamlı şəkildə inkişaf edir

Bakı. 11 avqust. REPORT.AZ/ "Yaponiya və Azərbaycan arasında münasibətlər davamlı şəkildə müsbətə doğru inkişaf edir".

"Report" xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Qinqa Kobayaşi Bakıda Dənizkənarı Milli Parkda Tokionun rəmzi olan "qinqko" yapon ağacının əkilməsi mərasimində deyib.

"Hesab edirəm ki, bu ağacəkmə ölkələrimiz arasında müsbət əlaqələrin daha bir nümunəsidir", - deyə Q.Kobayashi bildirib.

Dənizkənarı Milli Parkın rəis müavini Nizami Məcidov belə bir təcrübənin artıq mövcud olduğunu qeyd edib: "Bizdə bulvarda ölkə xaricindən gətirilmiş baobab ağacları əkilib".

Onun sözlərinə görə, bulvarda "qinqko" yapon ağacının əkilməsi Yaponiya ilə yaxşı münasibətlərin rəmzidir.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov deyib ki, Azərbaycan dövlətinin bugünkü məqsədi yeni nəsil formalaşdırmaq və onları digər mədəniyyətlərlə, o cümlədən yapon mədəniyyəti ilə yaxından tanış etməkdir.

"Vəzifəmiz gənc nəsli maarifləndirməkdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Dənizkənarı Milli Parkda Bakı Avropa Liseyinin şagirdləri, "ADA" Universitetinin tələbələri, Yaponiya səfirliyi, Təhsil və Xarici İşlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə "qinqko" yapon ağacının əkilməsi mərasimi keçirilib. 

Son xəbərlər

Orphus sistemi