Yuxarı

Səfirlik: Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur

Azərbaycanın dinamik inkişafı və onun artan nüfuzu gələcəkdə əməkdaşlığın möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradır

Bakı. 21 avqust. REPORT.AZ/ "Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığın möhkəm təməlini yaradan ikitərəfli münasibətlərin geniş müqavilə-hüquqi bazası mövcuddur və iki dövlət arasında hər hansı bir problem yoxdur". "Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin Ukraynanın Müstəqillik Gününün 24-cü ildönümünə həsr olunan bəyanatında deyilir. 

Bəyanatda qeyd olunub ki, bu gün iki ölkə arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində müvafiq hökumətlərarası komissiyalar və işçi qrupları yaradılıb və fəaliyyət göstərir:  "Sözsüz ki, Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafı prosesində əsas və əlaqələndirici rol yüksək səviyyəli orqan olan Prezidentlər Şurasına ayrılıb. Onun iclasları müntəzəm əsaslarda keçirilir və gündəliyinə Ukrayna-Azərbaycan əməkdaşlığının ən aktual məsələləri çıxarılır".  

"Azərbaycanın dinamik inkişafı və onun beynəlxalq arenada artan nüfuzu gələcəkdə Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı və möhkəmləndirilməsi üçün əsasən də siyasi sahədə, eləcə də ticari-iqtisadi, energetika, tikinti, nəqliyyat, aerokosmik və hərbi-texniki sahələrdə əlavə imkanlar yaradır", - bəyanatda deyilir. 

Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycan və Ukrayna arasında xarici ticarətin həcmi 674,2 mln. ABŞ dolları təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi