Səfirlik: Türkiyədə baş verən zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Səfirlik: Türkiyədə baş verən zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur Diplomatik nümayəndəlikdən bildirilib ki, bu, ilkin məlumatdır və məsələ araşdırılır
Xarici siyasət
21 İyul , 2017 12:38
Səfirlik: Türkiyədə baş verən zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyədə baş verən güclü zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər. 

Diplomatik nümayəndəlikdən qeyd edilib ki, bu, ilkin məlumatdır və məsələ araşdırılır: "Azərbaycanın İstanbuldakı baş konsulluğu bu regiona yaxın yerləşdiyindən, onlar daima Türkiyənin müvafiq qurumları ilə əlaqə saxlayırlar. Lakin ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hələlik, məlumat yoxdur. Biz vəziyyəti nəzarətdə saxlayırıq".

Qeyd edək ki, ötən gecə Türkiyənin qərb sahilində 6,7 bal gücündə zəlzələ olub. 

Zəlzələnin episentri ölkənin kurort şəhəri Bodrumdan 10 km aralıda yerləşib. Zəlzələ bölgəsində güclü dağıntı olmayıb. Lakin onlarla insan panika səbəbindən zədələnərək xəstəxanalara müraciət ediblər.

Xatırladaq ki, eyni vaxtda Yunanıstanın Kos adasında da zəlzələ olub. Təbii fəlakət nəticəsində bir neçə ev dağılıb, 2 nəfər həlak olub, daha bir neçəsi yaralanıb. 

Son xəbərlər

Orphus sistemi