Yuxarı
    Bağlamaq

    Səfirlik: Pakistandakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

    Zəlzələ nəticəsində Azərbaycanın Pakistandakı səfirliyinə zərər dəyməyib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ "Zəlzələ nəticəsində Azərbaycanın Pakistandakı səfirliyinə zərər dəyməyib, diplomatik missiya öz işini adi rejimdə davam etdirir. 

    Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

    Səfir həmçinin qeyd edib ki, ilkin məlumata əsasən, Pakistandakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

    Xatırladaq ki, bu gün Əfqanıstan və Pakistandan 7.7 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin ocağı 213,5 km dərinlikdə Jarm şəhərindən (Əfqanıstan) 45 km cənub-qərbdə yerləşib. Onlarla insan həlak olub, dağıntılar var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi