Səfirlik: Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb

Səfirlik: Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb "Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək"
Xarici siyasət
23 May , 2017 13:22
Səfirlik: Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb

Bakı. 23 may. REPORT.AZ/ "Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi bildirir ki, hazırda olan məlumata görə Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb".

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək", - deyə, Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi