Səfirlik: İranın Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb

Səfirlik: İranın Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb “İran Azərbaycanın daxili işlərinə qarışmır”
Xarici siyasət
1 Dekabr , 2015 13:53
Səfirlik: İranın Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb. "Report"un xəbərinə görə, bəyanatda təəssüflə bildirilir ki, Nardaran hadisələri ilə bağlı bəzi KİV-lər və deputatlar birbaşa və dolayısı ilə İran İslam Respublikasını ittiham edib.

"İran İslam Respublikasının bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycan Respublikasına qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb və bu siyasəti əməldə də icra edib. İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir. Şübhəsiz İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər. Aydındır ki, son hücumlar da İran İslam Respublikasını qaralamaq və iki ölkə münasibətlərinə zərər vurmaq məqsədilə edilir", - bəyanatda vurğulanıb.

Bəyanatda bildirilir ki, İran İslam Respublikası heç vaxt Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində də heç bir rolu olmayıb: "İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib. Təbiidir ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən hər hansı bir sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq".

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi iki ölkə və xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Son xəbərlər

Orphus sistemi