Azərbaycanda oktyabrın 1-dən 10-dək aparılacaq əhalinin növbəti siyahıyaalınması ilə əlaqədar ölkə xaricində yaşayan vətəndaşlar da sayılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin Konsulluq xidməti bununla bağlı müraciət yayıb.
Bildirilib ki, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlar 3x4 ölçüdə bir foto şəkil və pasportun surəti ilə birlikdə bu ilin sentyabrın 30-na qədər səfirliyin konsulluq şöbəsinə yaxınlaşmalıdırlar.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə işləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının siyahıyaalınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə ölkənin