Britaniyanın Azərbaycandakı səfirliyi: Biz koronavirusa birlikdə qalib gələcəyik - VİDEO

Britaniyanın Azərbaycandakı səfirliyi: Biz koronavirusa birlikdə qalib gələcəyik - VİDEO
Xarici siyasət
238
13 Aprel , 2020 09:55
Britaniyanın Azərbaycandakı səfirliyi: Biz koronavirusa birlikdə qalib gələcəyik - VİDEO

Böyük Britaniya koronavirus ilə mübarizədə dostluq və həmrəylik jesti sərgilədiyinə görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Azərbaycana və Heydər Əliyev Mərkəzinə COVID-19 pandemiyasının bu çətin günlərində göstərdikləri həmrəyliyə görə dərindən təşəkkür edirik. Azərbaycan, Böyük Britaniya və bütün dünyada insanların sağlamlığının keşiyində duran həkimlərə, tibb bacılarına və əməyi keçən hər kəsə minnətdarıq. Biz birlikdə qalib gələcəyik!" - səfirlikdən deyilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunur. Bununla Mərkəz COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

View this post on Instagram

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub. Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. #heydərəliyevmərkəzi #heydaraliyevcenter #Azərbaycan #Azerbaijan #UK #koronavirus #coronavirus #COVID19 #pandemiya #pandemic

A post shared by Heydar Aliyev Center (@heydaraliyevcenter) on