Səfirlik: Balidə vulkan püskürən ərazidə azərbaycanlı turistlərin olması barədə məlumat daxil olmayıb - VİDEO

Səfirlik: Balidə vulkan püskürən ərazidə azərbaycanlı turistlərin olması barədə məlumat daxil olmayıb - VİDEO Adada Aqunq vulkanının fəallaşması səbəbindən təhlükə səviyyəsi maksimuma qədər artırılıb
Xarici siyasət
27 Noyabr , 2017 12:53
Səfirlik: Balidə vulkan püskürən ərazidə azərbaycanlı turistlərin olması barədə məlumat daxil olmayıb - VİDEO
Reuters

Bakı. 27 noyabr. REPORT.AZ/ "İndoneziyanın Bali adasında vulkan püskürməsi ilə əlaqədar Azərbaycan vətəndaşlarından müraciət daxil olmayıb".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin konsulluq şöbəsindən bildirilib.

Konsulluq şöbəsindən deyilib ki, hazırda Balidə azərbaycanlı turistlərin olması barədə məlumatları yoxdur.

Qeyd edək ki, bu gün İndoneziya hökuməti tərəfindən adada Aqunq vulkanının fəallaşması səbəbindən təhlükə səviyyəsini 4 ballıq şkala üzrə maksimuma qədər artırılıb. Vulkana 8 km-dən az məsafədə yaxınlaşmaq qadağan edilib, bəzi yerlərdə isə bu zona 10 km-dək genişləndirilib.

Adadan, təxminən 100 min adamın, o cümlədən təxminən 300 rusiyalı turistin evakuasiya ediləcəyi xəbər verilir.

Təbii fəlakət təhlükəsinə görə, bir sıra aviaşirkətlər Baliyə uçuşları təxirə salıb.

Son xəbərlər

Orphus sistemi