Yuxarı

Səfirlik: Azərbaycanın Fransadakı səfirliyi yüksək səviyyədə qorunur

Müşavir: Fransa hökuməti maksimum diqqətli olmağa çalışır və bütün zəruri tədbirlər görülüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirlik binasının təhlükəsizliyi hər iki ölkənin müvafiq qurumları tərəfindən daim yüksək səviyyədə təmin olunur. Bu barədə "Report"a Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova ötən gün Parisdə baş verən atışma ilə əlaqədar səfirliyin təhlükəsizlik səviyyəsinin gücləndirilməsi ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa hökuməti həmin olayla bağlı maksimum dərəcədə diqqətli olmağa çalışır və bütün zəruri təhlükəsizlik tədbirləri görüb: "Fransanın istər bütün inzibati qurumlar, istərsə də Fransada olan diplomatik nümayəndəlikləri yüksək səviyyədə qorunur, amma diqqətimizi daha da artırmışıq".

Qeyd edək ki, yanvarın 7-də "Charlie Hebdo" satirik jurnalının 10 əməkdaşı və 2 polis işçisinin öldürülməsi ilə nəticələnən hücumdan sonra Fransa hökuməti inzibati binaların təhlükəsizliyinin artırılması ilə əlaqədar akt qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi