Yuxarı
    Bağlamaq

    Səfirlik: "Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının demək olar hamısı seçkilərdə səs verib"

    Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının hamısı səsvermənin əhəmiyyətini qəbul edərək seçki məntəqəsinə gəlib

    Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanda yaşayan təxminən 30 Rumıniya vətəndaşı bu ölkənin Bakıdakı səfirliyində açılan seçki məntəqəsində parlament seçkiləri ilə əlaqədar səs verib.

    Bu barədə "Report"a Rumıniya səfirliyindən bildirilib.

    "Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının hamısı səsvermənin əhəmiyyətini qəbul edərək seçki məntəqəsinə gəlib", - səfirlikdən məlumat verilib.

    Xatırladaq ki, dekabrın 11-də Rumıniyada keçirilən parlament seçkilərində ölkənin iki əsas partiyası - Sosial Demokrat Partiyası və Milli Liberal Partiya qələbə qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi