Səfirlik: Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür

Səfirlik: Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür Stiven Smit: "Azərbaycan-Britaniya əlaqələri güclüdür və bir çox sahələrdə inkişaf edir"
Xarici siyasət
26 Aprel , 2018 15:50
Səfirlik: Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür

Bakı. 26 aprel. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri sıx münasibətlərin təcəssümüdür".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Energetika, ticarət və investisiya şöbəsinin rəhbəri Stiven Smit jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, Böyük Britaniya xüsusilə "Brexit" fonunda bu əlaqələrə böyük əhəmiyyət verir.

"Azərbaycan-Britaniya əlaqələri güclüdür və bir çox sahələrdə, əsasən, neft-qaz sektorunda inkişaf edir. Bu səfər bir növ ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasının əlamətidir", - S.Smit bildirib.

Son xəbərlər

Orphus sistemi