“ABŞ 1993-cü ildən bəri 100-dən çox ölkəyə mina və partlamamış hərbi sursatların məhvi üçün 4 mlrd dollardan çox sərmayə yatırıb”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Beləliklə, ABŞ adi silahların məhv edilməsinə görə dünyada yeganə ən böyük maliyyə dəstəkçisidir”, - diplomatik nümayəndəliyin tviter hesabında qeyd olunub.