Səfirin müşaviri: "Rusiya Azərbaycanın sabit, güclü və müstəqil olmasında maraqlıdır"

Səfirin müşaviri: "Rusiya Azərbaycanın sabit, güclü və müstəqil olmasında maraqlıdır" Oleq Muraşev: "Ölkələr arasında əlaqələr praqmatizm və realizm prinsipləri əsasında qurulub"
Xarici siyasət
24 Fevral , 2017 17:52
Səfirin müşaviri: Rusiya Azərbaycanın sabit, güclü və müstəqil olmasında maraqlıdır

Bakı. 24 fevral. REPORT.AZ/ "Rusiya sabit, güclü və müstəqil Azərbaycan olmasında maraqlıdır. Cənub sərhədlərində belə tərəfdaşın olmasında maraqlıyıq".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirinin müşaviri Oleq Muraşev deyib.

"Biz Azərbaycanın və Rusiyanın maraqlarına xidmət edən və regionda təhlükəsizliyi təmin edən xüsusi əlaqələr modeli yaratmışıq" - O.Muraşev bildirib.

Diplomatın sözlərinə görə, ölkələri bir-birinə tarixi keçmişləri bağlayır, ölkələr arasında əlaqələr praqmatizm və realizm prinsipləri əsasında qurulub.

"Azərbaycan və Rusiya prezidentləri arasında xüsusi, dostluq münasibətləri var və bu da öz növbəsində, əməkdaşlığın xarakterini müəyyənləşdirir", - səfirin müşaviri vurğulayıb.

Ticari əməkdaşlığa toxunan O.Meraşev Rusiyanın neft sektorunda Azərbaycanın ticarət tərəfdaşları arasında ilk beşliyə düşdüyünü, qeyri-neft sektorunda isə əsas tərəfdaşı olduğunu bildirib.

"Hərbi sahədə bir çox ortaq məsələlər var. Bizi Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi məsələsində ümumi səylər də birləşdirir", - o söyləyib.

Son xəbərlər

Orphus sistemi