Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək

Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək verib.
Xarici siyasət
3 Avqust , 2022 21:18
Ukraynanın Azərbaycandakı səfirindən “Qarabağ”a dəstək

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Qarabağ” futbol klubuna dəstək verib.

"Report" xəbər verir ki, diiplomat bu barədə tviter hesabında yazıb.

Ukrayna “Qarabağ”a azarkeşlik edir.

“Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Ferensvaros" matçına yeni start verilib.

Azərbaycanlı dostlarımıza qələbə arzulayırıq”, - səfir vurğulayıb.

Qeyd edək ki, Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb. İlk yarıdan sonra hesab 1:1-dir. Qonaqlardan Frank Boli, meydan sahiblərindən isə Kvabena Ovusu fərqlənib.

Son xəbərlər

Orphus sistemi