"Türkiyədə keçirilən bələdiyyə seçkiləri xalqın fəal iştirakı ilə tam şəffaf şəkildə baş tutdu".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, seçkilərlə bağlı edilən etirazlara baxılır: "Hazırda seçki ilə bağlı həyata keçirilən bəzi etirazların dəyərləndirilməsi prosesi hələ də davam edir. Seçkilərin problemsiz və obyektiv şəkildə həyata keçməsi hamımız üçün sevindiricidir".