Yuxarı

Səfir: "Tacikistan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin fəaliyyət göstərməsində maraqlıdır"

Tacikistan alüminium istehsalı üçün alüminium-oksid və neft koksu idxalında maraqlıdır

Bakı. 16 mart. REPORT.AZ/ "Tacikistan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin fəaliyyət göstərməsində maraqlıdır və biz gələcəkdə Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttinin Azərbaycanın dəmir yolu xətlərinə qoşulması layihəsinin perspektivlərini nəzərdən keçiririk".

Bunu "Report"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov deyib.

Onun sözlərinə görə, bu dəmir yolları xətlərinin birləşməsi ilə gələcəkdə Mərkəzi Asiyadan Avropaya qədər uzanacaq yolun önünü açmaq olar.

"Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına mane olan amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdudluğudur. Ölkəmizin coğrafi mövqeyini nəzərə alsaq, bu cür ticarət təbii ki, zəruri infrastrukturun yaradılmasını tələb edir. Bu baxımdan biz TRACECA layihəsi çərçivəsində Böyük İpək Yolunun dirçəldilməsində maraqlıyıq", - səfir bildirib.

Bundan başqa, səfir ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafında da maraqlı olduqlarını qeyd edib: "Tacikistan iqtisadiyyatımızın lokomotivi olan alüminium istehsalı üçün gil torpaq və neft koksu idxalında maraqlıdır. Üstəlik, azərbaycanlı həmkarlarımızla Azərbaycana Gəncə zavodunda yenidən işlənməsi üçün anod blokları və boksit ixracının perspektivlərini, ardından isə bu prosesdən yaranacaq və alüminiumun əridilməsi zamanı istifadə olunan alüminium-oksidin alışını müzakirə edirik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi